RU

Uitkoffun olduğu təyyarə Moskvada eniş edib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Vnukovo hava limanında qarşılanıb...

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun olduğu təyyarə Moskvadakı Vnukovo hava limanında eniş edib.

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Amerikalı nümayəndəni Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, prezidentin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Xatırladaq ki, 5 avqustda Reuters agentliyi məlumat yaymışdı ki, Uitkoff Rusiya rəhbərliyi ilə görüşlər keçirmək üçün çərşənbə günü Moskvaya gələcək.

ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, Uitkoffun səfəri Vaşinqtonun Ukraynada atəşkəslə bağlı verdiyi ultimatuma bir-iki gün qalmış baş tutur. Tramp əlavə etmişdi ki, sülh prosesində irəliləyiş əldə olunmasa, ABŞ yeni sanksiyalar tətbiq edəcək. Bu məhdudiyyətlər təkcə Moskvaya deyil, eyni zamanda beynəlxalq təzyiqlərə baxmayaraq Rusiya enerji resurslarını almaqda davam edən ticarət tərəfdaşlarına da şamil olunacaq.

Poliqon.info

Избранный
137
50
poliqon.info

10Источники