Şahbuz Rayon İcra Hakimiyyəti kommunal təyinatlı texnikalar alır.
Pravda.az-ın xəbərinə görə, icra hakimiyyəti bu məqsədlə 501 400 AZN xərcləyəcək.
Satışı “Prolink Caspian” MMC həyata keçirəcək. Texnikaların siyahısına avtokran səbət, ekskovator yükləyici, tullantı maşını, duzsəpən qurğu ilə qar kürəyən maşın, tırtıllı mini yükləyici daxildir.
Cabir
Tarix: 6 Avqust 2025, 08:20