RU

Sevgilisini bıçaqlayıb maşınla üstündən keçən şəxs psixiatriya xəstəxanasına yerləşdirildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Samir İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib və barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq olunub. Təqsirləndirilən şəxsə tibbi xarakterli məcburi tədbir Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında həyata keçirilməsi qərara alınıb.


İttihama görə, hadisə 22 noyabr 2024-cü il tarixdə, saat 12:30 radələrində Goranboy rayonunun Nərimanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Lerik rayon sakini, 1990-cı il təvəllüdlü İbrahimov Samir Akif oğlu qeyri-rəsmi ər-arvad münasibətində olduğu G.Fərəcovanın bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Sonra Samir avtomobillə qadının üstündən keçib.


Xəstəxanaya yerləşdirilən G.Fərəcovanın həyatını xilas etmək mümkün olub.
 

Kamal Məmmədov 

Tarix: 6 Avqust 2025, 08:10   
Избранный
24
pravda.az

1Источники