Hindistanın şimalındakı Uttarakhand əyalətində güclü daşqınlar baş verib...
Poliqon bu barədə Hindustan Times qəzetinə istinadən xəbər verir.
Nəhəng su və palçıq axınları Himalay dağlarında yerləşən məşhur turist kəndi Dharalini vurub. Nəticədə xeyli sayda ev və ağac dağıdılıb və zədələnib. Hazırda kəndin küçələri zibillə doludur. Bəzi yerlərdə palçıq evlərin damına çatır.
İlkin məlumata görə, 100-dən çox insan itkin düşüb. Təbii fəlakət qurbanlarının sayının artacağı gözlənilir.
Hazırda kənddə axtarış-xilasetmə əməliyyatı aparılır. Hindistan ordusunun bölmələri Dharali şəhərinə daxil olub. Onlar artıq 20-dən çox insanı xilas ediblər.
Poliqon.info