“Şkendiya”nın baş məşqçisi Yeton Beqiri Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Bu oyunda qol buraxmamalı idik. Daha diqqətli olmalıydıq. “Qarabağ”ın da yaxşı şansları var idi, bizim də. İkinci hissədə yaxşı oynadıq. Məğlubiyyətə baxmayaraq, futbolçularımı təbrik edirəm. Səhvlərimizi tapmalıyıq. Nəticəyə cavabdeh mənəm. Hələ heç nə bitməyib. Bakıda yaxşı oyun göstərsək, nəticə əldə edə bilərik”.
Komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.