RU

“Qarabağ”dan 1 qollu səfər qələbəsi

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” III təsnifat mərhələsində ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, komanda Şimali Makedoniyanın “Şkendiya” kollektivinin qonağı olub.

Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçirilən görüş Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

Избранный
7
msport.az

1Источники