RU

"Mançester Siti"nin Rodri ilə bağlı planları açıqlandı

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri ilə bağlı planları açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "şəhərlilər" ağır zədə səbəbindən ötən mövsümü boşa verən 29 yaşlı oyunçuya müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyə hazırlaşırlar. Mənbə İngiltərə nəhənginin "Qızıl top" mükafatının son qalibinin maaşını artırmağı hədəflədiyini və onun Erlinq Holanddan sonra klubun ən çox əməkhaqqı alan oyunçusuna çevrilə biləcəyini vurğulayıb.

Qeyd edək ki, "Real Madrid"in heyətə qatmaq istədiyi Rodrinin MS ilə indiki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir.

Nihat

Избранный
57
fanat.az

1Источники