RU

Ona qalsa, kişilərə təzyiq edən feministlər də işdən çıxarılardı Hüquqşünas

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanda fikirlərini sərbəst ifadə etmə azadlığı mövcuddur. Dövlət şəxslərin fikirlərini ifadə etməsi üçün şərait yaradıb. Fərhad Pərvizini şəxsən tanımıram, amma çıxışlarını bilirəm”. Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib. O bildirib ki, Konstitusiyanın 25-ci maddəsinə görə, qanun və məhkəmə qarşısında hər kəs bərabərdir:“Heç kim öz səsləndirdiyi fikirlərə görə təqib oluna bilməz. Eyni zamanda Əmək Məcəlləsinin tələblərindən biri budur ki, tərəflər bərabərdir. Bu şəxs xarici şirkətdə çalışırdı, onunla bağlanmış əmək müqaviləsinə məhz bu əsasla xitam verilsə, bununla bağlı sübutlar təqdim edilsə, həmin şirkətin özü qarşı təzminat ödəyə bilər. Ona görə bu cür səbəblərlə əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir və qanunvericilikdə nəzərdə tutulmayıb. 

Zaman-zaman feminst ideologiya daşıyıcıları tərəfindən kişilərə qarşı müxtəlif təzyiq və çıxışlar olub. Ona qalsa, bu qadınlar da seksist düşüncəli işəgötürənlər tərəfindən işdən çıxarıla bilərdi. Fərhad bəy həqiqətən bu səbəbdən işdən çıxarılıbsa, bu, yolverilməzdir.Xatırladaq ki, bu gün iqtisadçı Fərhad Pərvizinin qadınlarla bağlı çıxışlarına görə çalışdığı şirkətdən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. Cavidan Mirzəzadə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
demokrat.az

2Источники