İngiltərənin "Vest Hem" klubu Braziliyanın "Botafoqo" komandasının qapıçısı Con Viktorun transferi ilə bağlı razılıq əldə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər 29 yaşlı qolkiperin 10 milyon avroya İngiltərəyə keçidi ilə bağlı şifahi razılığa gəliblər.
Hazırda transferin yekun detalları müzakirə olunur.
Qeyd edək ki, Con Viktor cari mövsümdə "Botafoqo"nun heyətində 33 oyuna çıxıb və bu matçların 14-də qapısını toxunulmaz saxlayıb.
"Transfermarkt" portalı təcrübəli qapıçının bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.