RU

Qusarın Avaran kəndində həyata keçirilən su təchizatı layihəsinin birinci mərhələsi uğurla yekunlaşıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 5 avqust, AZƏRTAC

bp Qusar rayonunun Avaran kəndində həyata keçirdiyi su təchizatı layihəsinin birinci mərhələsinin uğurla başa çatdığını elan edib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihə bp-nin Azərbaycanda kənd icmalarında su şəraitini yaxşılaşdırmaq məqsədilə hazırda həyata keçirdiyi genişmiqyaslı su təchizatı proqramının bir hissəsidir. Bu proqram bp-nin qlobal məqsədi olan su qıtlığı yaşanan ərazilərdə özünün təmiz sudan xalis istifadəsini azaltmaq öhdəliyinə uyğundur. Şirkət bu məqsədə həm öz əməliyyatlarında sudan daha səmərəli istifadə etməklə, həm də digər tərəflərlə əməkdaşlıqda təmiz su ehtiyatlarının bərpası vasitəsilə nail olmağı planlaşdırır.

Avaran kənd icması üçün nəzərdə tutulmuş layihə çərçivəsində Qusar rayonunun Avaran kəndində 10 min kubmetr tutuma malik membranla örtülmüş yeni su anbarı və 2 min kubmetr tutumlu çöküntünün ayrılması hovuzu inşa olunub. Layihəyə, həmçinin yaxınlıqdakı Cəgər Cibir su kanalından suyu yeni tikilmiş anbara daşıyan 1,4 kilometr uzunluğunda yeni boru xəttinin çəkilməsi daxildir. Yeni su təchizatı sisteminin tam və səmərəli işləməsi üçün lazım olan bütün digər infrastruktur da qurulub. Bura nasos və filtrasiya stansiyaları, su çənləri və layihədən faydalanacaq 125 ailənin yeni sistemə borular vasitəsilə birbaşa qoşulması daxildir.

Layihənin uğurla başa çatması münasibətilə Avaran kəndində keçirilən tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Avaran kənd icmasının yeni yaradılmış su təchizatı sistemi vasitəsilə təmiz suya birbaşa çıxış əldə etməsinə dəstək verməkdən məmnunuq. Bu təşəbbüs kənd icmalarında su şəraitinin yaxşılaşdırılmasına yönəlmiş daha geniş öhdəliyimizin bir hissəsidir. Bu gün qeyd etdiyimiz layihə yerli icmalara və ekosistemlərə əhəmiyyətli faydalar gətirməklə bu öhdəliyimizin əhəmiyyətini bir daha vurğulayır. Layihənin birinci mərhələsinin uğurundan ruhlanaraq, indi ikinci mərhələdən də eyni nəticələr əldə etməyə ümid edirik. Yeni mərhələdə daha 263 ailə təmiz su ilə təmin ediləcək. Hazırda ikinci mərhələ çərçivəsində işlər davam edir və bu mərhələnin 2025-ci ilin sonunadək tam istifadəyə verilməsi planlaşdırılır”.

Ümumi dəyəri 810 min 390 manat (476 min 700 dollar) olan bu layihə Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bp Azərbaycanda kənd icmaları üçün genişmiqyaslı su təchizatı proqramı həyata keçirir. Bu proqram bp-nin qlobal məqsədi olan su qıtlığı yaşanan ərazilərdə özünün təmiz sudan xalis istifadəsini azaltmaq öhdəliyinə uyğundur. Şirkət bu məqsədə həm öz əməliyyatlarında sudan daha səmərəli istifadə etməklə, həm də digər tərəflərlə əməkdaşlıqda təmiz su ehtiyatlarının bərpası vasitəsilə nail olmağı planlaşdırır.

2023-cü ilin noyabr ayında başlanan bu proqramın 2026-cı ilin aprel ayında tamamlanması planlaşdırılır. Proqramın ümumi dəyəri 5 milyon 265 min 556 manat (3 milyon 097 min 385 dollar) təşkil edir.

Proqram üç əsas komponentdən ibarətdir:

1. Tovuzda kəhrizlərin bərpası

Bu layihə Tovuz rayonunda yerləşən və ənənəvi yeraltı su kanalları olan Dovşanlı və Məhəmmədəli kəhrizlərinin bərpasına yönəlib. Layihədən Aşağı Quşçu kəndinin 10 000-dən çox sakininin faydalanacağı gözlənilir. Ümumi dəyəri 1 milyon 282 min 227 manat (754 min 251 dollar) olan bu layihə “Puls-R” MMC tərəfindən həyata keçirilir. 2023-cü ilin noyabrında başlanan layihənin 2025-ci ilin dekabrında tamamlanması gözlənilir.

2. Göyçay və Qusar su təchizatı layihələri

İki komponentdən ibarət bu layihə 2025-ci ilin iyun ayında uğurla tamamlanaraq hər iki icmada kənd təsərrüfatı və məişət məqsədli su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Göyçay üçün olan layihə 1 milyon 577 min 740 manat (928 min 082 dollar), Qusar (Avaran kəndi) üçün isə 810 min 390 manat (476 min 700 dollar) dəyərində olmaqla, layihənin ümumi dəyəri 2 milyon 388 min 130 manat (1 milyon 404 min 782 dollar) təşkil edib. Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilib.

Göyçay üçün olan layihə nəticəsində 100 hektardan çox torpaqların suvarılmasına imkan yaradılıb. Bu ərazilərə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna məxsus 83 hektar və yerli fermerlərə məxsus 15 hektar sahələr də daxildir. Yeni su sisteminin illik gücü 500 min kubmetrdir.

Qusarın Avaran kəndi üçün olan layihə çərçivəsində 10 min kubmetr tutumlu membranla örtülmüş su anbarı, 2 min kubmetrlik çöküntünün ayrılması hovuzu və Cəgər Cibir su kanalına birləşdirilən 1,4 kilometr uzunluğunda boru xətti inşa olunub. Bundan əlavə, nasos və filtrasiya stansiyaları, su çənləri və ev təsərrüfatlarının yeni su təchizatı sisteminə birbaşa qoşulması da daxil olmaqla əlavə infrastruktur qurulub. Layihədən 125 ailə birbaşa faydalanır.

3. İcma tərəfindən idarə olunan su layihələri

Bu təşəbbüs Kürdəmir, Yevlax, Goranboy və Samux rayonlarında həyata keçirilən 15 ayrı-ayrı su sistemləri layihəsini əhatə edir. Təşəbbüsdə məqsəd ümumilikdə təxminən 10 000 icma sakini üçün içməli su, suvarma və kanalizasiya sistemləri təmin etməkdir.

Ümumi dəyəri 1 milyon 595 min 200 manat (938 min 352 dollar) olan bu layihə Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihə 2023-cü ilin noyabrında başlanıb və 2026-cı ilin aprel ayında başa çatacaq.

Bu günə qədər 15 icmadan 13-ündə işlər artıq tamamlanıb, qalan iki icmada isə işlərin layihə müddətinin sonuna qədər başa çatması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
52
3
azertag.az

4Источники