Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qayda pozan piyada anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, iyulun 22-də saat 20:14 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, piyadalar yolu təyin olunmamış yerdən keçərək həm özlərini, həm də sürücüləri təhlükəyə atıblar. Hətta qadınlardan biri yaxınlaşmaqda olan maşını görə-görə qaçaraq yolu keçib. Xoşbəxtlikdən sürücü ehtiyatlı davrandığı üçün piyadanı vurmaqdan son anda xilas olub.
Qeyd edək ki, piyadaların qayda pozduğu ərazinin yaxınlığında piyada keçidi mövcuddur.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.