RU

Bəxtiyar Ersay paşa general - polkovnik rütbəsinə yüksəldildi – Azərbaycanın qəhrəmanı olan türk generalına böyük etimad

  Referans  xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin tanınmış komandanlarından biri, Azərbaycanda hərbi fəaliyyəti ilə əfsanələşmiş Bəxtiyar

Ersay paşa yüksək rütbəyə layiq görülüb. İndiyədək korgeneral olan Bəxtiyar Ersay paşaya Türkiyə Prezidenti tərəfindən orgeneral rütbəsi verilib.

Türkiyə Silahlı Qüvvələrinin rütbə sistemində “korgeneral” (korpus generalı – Azərbaycan sistemində təxminən general-leytenantə bərabər)

üçulduzlu general rütbəsidir və əsasən ordu və ya korpus komandanı vəzifələrini icra edən hərbçilərə verilir. “Orgeneral” (ordu generalı –

Azərbaycan sistemində general-polkovnikə uyğun gəlir) isə Türkiyə ordusunda ən yüksək generallıq rütbəsidir və yalnız strateji rəhbərlik

səviyyəsində xidmət edən komandanlara təqdim olunur.

Bəxtiyar Ersay paşa uzun illər Türkiyənin cənub-şərqində, İraq və Suriyada PKK terror təşkilatına qarşı aparılan hərbi əməliyyatlarda fərqlənib. O,

terrora qarşı mübarizədə qazandığı təcrübə və peşəkarlığı ilə tanınıb, sonrakı illərdə isə Azərbaycanla hərbi əməkdaşlıq çərçivəsində daha da

tanınan simaya çevrilib.

Xüsusilə 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Bəxtiyar Ersay paşa Türkiyə Silahlı Qüvvələri tərəfindən Azərbaycana

ezam olunaraq, burada hərbi planlamalar, əməliyyatların koordinasiyası və strateji məsləhətlərlə məşğul olub. Onun Azərbaycandakı fəaliyyəti

yalnız hərbi çevrələrdə deyil, ictimaiyyət arasında da yüksək rəğbətlə qarşılanıb. Azərbaycan cəmiyyətində Bəxtiyar paşa qardaş ölkənin sarsılmaz

dəstəyinin simvoluna çevrilib.

Bəxtiyar Ersay paşanın orgeneral rütbəsinə yüksəldilməsi təkcə şəxsi nailiyyət deyil, həm də Türkiyə-Azərbaycan qardaşlığının, hərbi ittifaqının

daha da güclənməsinin simvoludur. Bu təyinat eyni zamanda onu göstərir ki, Qarabağ müharibəsində Azərbaycanla çiyin-çiyinə savaşan

komandirlər təkcə tarixi yox, həm də strateji səviyyədə qiymətləndirilir.(Musavat.com)

Избранный
104
referans.az

1Источники