RU

Böyük Britaniyada qasırğadan sonra minlərlə ev işıqsız qalıb

London, 5 avqust, AZƏRTAC

Böyük Britaniyada “Floris” qasırğasının fəsadları qalmaqdadır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, qasırğadan sonra 50 min evin enerji təchizatı bərpa edilib. Şotlandiyada 22 min ev isə hələ də işıqsızdır. Ölkənin dəmir yolu nəqliyyatında da fasilələr var.

Qasırğadan ən çox Şotlandiyanın Highland, Moray və Aberdinşir bölgələri zərər çəkib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
28
6
azertag.az

7Источники