Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinədair Tədbirlər Planı təsdiqlənib.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Naxçıvan Muxtar Respublikasının paylayıcıelektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Tədbirlər Planında nəzərdətutulmuş tədbirlərin icrasını təmin etsin və icranın gedişi barədəildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatverməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərinmaliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsilayihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulmasıüçün zəruri tədbirlər görməlidir.
Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
"Elektrik enerjisi sisteminin, o cümlədən paylayıcı elektrikşəbəkəsinin müasirləşdirilməsi və innovativ texnologiyalarıntətbiqi əsasında təkmilləşdirilməsi ölkəmizin dayanıqlısosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən ardıcılislahatlar enerji sisteminin idarə edilməsi və inkişafıfəlsəfəsində keyfiyyət dəyişikliyinə zəmin yaratmış, elektrikenerjisi ilə istehlakçıların daha etibarlı, davamlı, təhlükəsiz vəsəmərəli təchizatına xidmət etmişdir.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan NaxçıvanMuxtar Respublikasında da iqtisadi inkişafın davamlılığının təminedilməsi ilə bağlı görülən işlər, öz növbəsində, kommunalinfrastrukturun, o cümlədən paylayıcı elektrik şəbəkəsininkeyfiyyətinin yüksəldilməsini, əhalinin fasiləsiz və təhlükəsizenerjiyə çıxışını əsas prioritetlərdən birinə çevirir", -sərəncamda qeyd edilir.