Deputatın maaşının yarısı insanlara əl tutmağa gedir" — Rüfət Quliyev
“Mən şəxsi praktikamdan bilirəm ki, deputatın maaşının yarısından çoxu görüşlərə, köməyə, insanlara əl tutmağa, dava-dərmana gedir. Elə seçicilər var idi ki, uşaqları pullu təhsil alırdılar, imkanları yox idi və s. Rayonlara gedib-gəlmək, yanacaq pulu – bunlar hamısı xərcdir”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Rüfət Quliyev deyib. O bildirib ki, Azərbaycanda deputatların maaşı təxminən dünyadakı deputatların maaşına bərabərdir:
“Nə az deyil, nə də çox deyil. Deputatın maaşını gündəmdə saxlamaq, tənqid etmək mənasız bir şeydir”.
Rüfət Quliyev həmçinin bildirib ki, hazırda təhsil sahəsində fəaliyyət göstərir və yenidən sahibkarlığa qayıtmağı düşünür:
“Artıq Azərbaycan Dövlət İqtisad Universitetinin professoruyam. Sentyabrdan orada tədrislə məşğul olacağam. Sahibkarlığa qayıdacam. Mən sahibkarlıqdan siyasətə gəlmişdim, indi təzədən elmə və sahibkarlığa qayıdıram. Həyatımı belə qurmaq istəyirəm”.