RU

Azərbaycanda xidmət və işlərlə əlaqədar qanunvericiliyin tələblərini pozan QHT-lər cərimələnəcək

Bakı. Trend:

Azərbaycanda qeyri-hökumət təşkilatı tərəfindən xidmətləringöstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyintələblərinin pozulmasına görə cərimələr müəyyənləşir.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinəedilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Məcəlləyə edilən yeni 432-1-ci maddəyə əsasən,qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələrihesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqındamüqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmişmüddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər min beşyüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beşmin manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.

Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və yaişlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyataalınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindənxidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununlaəlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsaitqəbul edilməsinə görə vəzifəli şəxslər iki min beş yüz manatdan beşmin manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beşmin manatadək məbləğdə cərimə olunacaq.

Qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödənişxidməti təchizatçıları tərəfindən "Qeyri-hökumət təşkilatları(ictimai birliklər və fondlar) haqqında" Azərbaycan RespublikasınınQanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xaricimaliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işləringörülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansıdigər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər iki min beşyüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş minmanatdan səkkiz min manatadək məbləğdə cərimələnəcək.

Qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödənişxidməti təchizatçıları tərəfindən "Qeyri-hökumət təşkilatları(ictimai birliklər və fondlar) haqqında" Azərbaycan RespublikasınınQanunu ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xaricimaliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işləringörülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansıdigər əməliyyatların aparılmasına görə isə vəzifəli şəxslər iki minbeş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş minmanatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Избранный
30
49
az.trend.az

10Источники