Serbiyanın hakim "Serbiya Tərəqqi Partiyası"nın İcra Şurasının sədri Darko Qlişiç televiziyada efir zamanı insult keçirib.
Moderator.az bu barədə Gazeta.ru-ya istinadla xəbər verir.
Bildirilir ki, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
"Qlişiç "Pink TV" telekanalının səhər efirində insult keçirib. O, Prezident Aleksandar Vuçiçin ən sadiq və yaxın adamıdır", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, dövlət başçısı artıq təcili olaraq dövlət investisiyaları nazirinin müalicə aldığı xəstəxanaya yollanıb.
Serbiyanın səhiyyə naziri Zlatibor Lonçarın jurnalistlərə bildirdiyinə görə, hazırda Qlişiç huşsuz vəziyyətdədir.