Bakıda daha bir nəfər dənizdə batıb.Metbuat.az xəbər verir ki, hadisə avqustun 3-ü Pirşağı çimərliyində qeydə alınıb. İsmayıllı rayon Zərnava kənd sakini 22 yaşlı Gülalıyev Azər Rasim oğlu dənizdə çimərkən boğularaq ölüb.Faktla bağlı araşdırılma aparılır.