Bakı. Trend:
İtaliyanın paytaxtı Romada Makkareze çimərliyində baş verəntornado dənizin kənarında istirahətə gələn turistlər arasındatəşvişə səbəb olub.
Trend xəbər verirki, qasırğanın görüntüsünü Britaniyanın “Daily Mail” nəşriyayıb.
Məlumata görə, görüntüdə qasırğanın təsiri ilə dəsmalların vəçətirlərin səmaya qalxıb və ona daha yaxın olan insanların təşvişiçində ətrafa qaçışdığıl əks olunub.
Hadisə nəticəsində bir qadın yüngül yaralanıb.