RU

“Şkendiya” ilə oyuna doğru: “Daha diqqətli olmaq lazımdır”

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda bu gün “Şkendiya”nın qonağı olacaq. Skopyedə keçiriləcək matça saat 22:00-da start veriləcək.

AFFA İcraiyyə Komitəsinin sabiq üzvü, hazırda II Liqada mübarizə aparan “Dinamo”nun prezidenti Yaşar Seyidov “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:

“Şkendiya” bundan öncə daha gücü FCSB komandasını mübarizədən kənarlaşdırdı. Bu komandaya qarşı daha diqqətli olmaq lazımdır. Çempionlar Liqasının bu mərhələlərində asan komanda yoxdur. “Şkendiya”nın adı çox şey deməyə bilər, amma xüsusilə son oyunlardakı nəticələri diqqətli olmağa məcbur edir.

Bunlara baxmayaraq, “Qarabağ”ın təcrübəsi və daha keyfiyyətli oyunçuları var. Buna görə “Qarabağ”ın daha üstün olduğunu və növbəti mərhələyə yüksələcəyini düşünürəm”.

Komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda olacaq.

Избранный
136
31
futbolpress.az

10Источники