Kişinev məhkəməsi Moldovanın Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulu 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, məhkəmə Qutsulu “Şor” müxalif partiyasının maliyyələşdirilməsində qayda pozuntularına yol verməkdə təqsirli bilib.
Qutsul birbaşa məhkəmə zalından həbsxanaya aparılacaq.