RU

"Siti" Rodri ilə bağlı qərar verdi: Qəbul etsə...

"Mançester Siti" "Qızıl top" mükafatçısı Rodriyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.

Təklif olunacaq yeni müqavilə 2029-cu ilin yayına kimi qüvvədə olacaq. Əgər razılıq əldə olunarsa, Rodri hücumçu Erlinq Haalandan sonra "şəhərlilər"in ən çox maaş alan futbolçusuna çevriləcək.

Qeyd edək ki, 29 yaşlı ispan dayaq yarımmüdafiəçisi 2019-cu ildən "Mançester Siti"də çıxış edir. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Rodri demək olar ki, ötən mövsümün böyük hissəsini ön çapraz bağların qopması səbəbindən buraxıb.

Избранный
19
publika.az

1Источники