Qeyd edək ki, Samir Xudiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Bakıxanov qəsəbəsində antiterror əməliyyatı zamanı şəhid olmuş Əliyev Şəhriyar Bəxtiyar oğlunun anım tədbirində YAP Sabunçu rayon təşkilatının sədr müavini, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin üzvü Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Mirzəliyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, İctimai Birliyin üzvləri, qazilər, müharibə veteranları,şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak ediblər.
Şəhriyar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.