Bundesliqa təmsilçisi "Bayer Leverkuzen" Patrik Şikin müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada 29 yaşlı Çex millisinin futbolçusu Şiklə 5 illik yeni müqavilə imzalandığı açıqlanıb.
Şik Bayer Leverkuzen üçün 168 oyun keçirib və 81 qol vurub.
Fərid
MİA.AZ