2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacaq “Karvan” müdafiəçisi Əli Abdullayev ilə yeni müqavilə bağlayıb.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər arasında 1 illik yeni müqavilə imzalanıb.
Əli Abdullayev 2023-cü ilin yayından “Karvan”da çıxış edir. 23 yaşlı futbolçu ötən mövsüm bu komandanın heyətində 25 oyuna çıxıb. Mərkəz müdafiəçisi əvvəllər “Zaqatala”da da forma geyinib.
“Karvan” daha öncə Kamran İbrahimov, İbrahim Qədirzadə, Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə də yeni müqavilə bağlamışdı. Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani və Şakil Sno kimi futbolçular da komandaya cəlb ediliblər. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev isə Yevlax klubuna lazım olmayıblar.