RU

İnsanlıq tarixinin ən qədim hannibalizm faktı aşkarlandı

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

İspaniyada 850 min il əvvəl uşaq hannibalizmin qurbanı olub.

Kulis.az xəbər verir ki, İspaniyanın Atapuerka bölgəsində yerləşən Qran Dolina mağarasında aparılan arxeoloji qazıntılar zamanı 850 min il əvvələ aid olan "Homo antecessor" adlı qədim insan növünə məxsus bir uşağın qalıqları aşkar edilib.

Tədqiqatçılar uşağın başının kəsildiyini və ətinin yeyildiyini göstərən izlər tapdıqlarını bildirirlər.

Boyun sümüyündəki kəsiklər və diş izləri, uşağın digər ov heyvanları kimi parçalanaraq yeyildiyini sübut edir.

Bu, indiyə qədər Avropada aşkarlanmış ən qədim hannibalizm nümunələrindən biri hesab olunur.

Qeyd edək ki, qazıntılarda eyni dövrə aid 10 digər fərdin də qalıqları tapılıb və bu tapıntılar, qədim insanların zaman-zaman həmçinin öz növlərini qida mənbəyi kimi istifadə etdiyini göstərir.

Günahı olmasa, öldürülməzdi... - Qadınlar niyə evlərinə yox, sığınacağa getməlidirlər?

Orxan Məmmədovun fərdi yaradıcılıq sərgisinin açılışı oldu

Mənim bahalı ayağım - Haynrix Böll

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
kulis.az

1Источники