Bakı. Trend:
Bu ilin ilk 6 ayı ərzində diplom təsdiqi üçün 2755 müraciətqeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsildə KeyfiyyətTəminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin müraciətçilərin 2357-si barədə müsbət qərarverilərək, onlara müvafiq şəhadətnamələr təqdim edilib.
"İlk 6 ayda 398 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.Mənfi qərarla yekunlaşan müraciətlər Türkiyə Respublikası, RusiyaFederasiyası, Ukraynanın payına düşür", - deyə məlumatda qeydedilib.