RU

Videoqəbulların hansı üstünlükləri var?- ÖZƏL

Son vaxtlar bir sıra dövlət orqanları videoqəbullar keçirməyə üstünlük verirlər. Maraqlıdır, belə qəbullar hansı üstünlüklərə malikdir? Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, vətəndaş məmnunluğunun artırılması, dövlət orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə videoqəbulların təşkil olunması müsbət dəyərləndirilməlidir: "Virtual qəbul məntəqələri vasitəsilə keçirilən videoqəbullarda dövlət qurumlarının müxtəlif fəaliyyət istiqamətləri üzrə müraciətləri dinləmək imkanı yaranır.  Bu zaman qaldırılan məsələlərin bir qisminin yerindəcə həll edilməsi təmin edilir. Həmçinin vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunur və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülür. 
Digər bir məqam ondan ibarətdir ki, regionlarda yaşayan vətəndaşlar qəbula düşmək üçün uzaq məsafə qət etmədən dövlət orqanlarının elektron poçt ünvanına və ya onların  regional idarələrinə müraciət etməklə qəbula yazıla bilirlər. Bu da vətəndaş məmnunluğunun təmin olunmasının şərtlərindən biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники