ABŞ dövlət katibi Marko Rubi və Fransan XİN rəhbəri Jan-Noel Barro arasında telefon danışığı olub.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Dövlət departamentinin sözçüsü Temmi Brüsun verdiyi bəyanata əsasən, liderlər Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarındakı irəliləyişi müzakirə ediblər.
Rubi və Barro İranın heç vaxt nüvə silahları yaratmaması və ya əldə etməsinə imkan verilməyəcəyi ilə bağlı öhdəliklərini bir daha təsdiqləyiblər.
Brüs qeyd edib ki, rəsmilər Qəzza zolağında pisləşən humanitar vəziyyətdən danışıb, Yaxın Şərqdə atəşkəsin bərqərar olması üçün davam edən diplomatik səyləri müzakirə ediblər.
Bundan başqa, telefon söhbəti zamanı Rusiya-Ukrayna münaqişəsinin müzakirə olunduğu bildirilir.
Milli.Az