RU

Rusiya Türkiyəyə kömür tədarükünü kəskin artırıb

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təchizatda oxşar artım 2025-ci ilin birinci yarısında da müşahidə olunub. İyun ayında Rusiyadan Türkiyəyə kömür ixracının həcmi 249,4 milyon dollara çatıb ki, bu da illik artımla yanaşı, əvvəlki ayla müqayisədə 1% azalma deməkdir.

Ümumilikdə, yanvar-iyun ayları ərzində kömür ixracı ötən ilin analoji dövrünün göstəricilərini 27% üstələyərək 1,55 milyard dollar təşkil edib.
Türkiyə kömürlə yanaşı, aktiv şəkildə Rusiyadan neft məhsulları alıb. İyun ayında bu məhsulların idxalı 909,3 milyon dollara çatıb ki, bu da ilin əvvəlindən bəri ən yüksək göstəricidir.


AzVision.az

Избранный
67
2
azvision.az

3Источники