RU

İstanbulda Lopezi tanımayan mühafizəçi onu mağazaya buraxmadı

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstanbulda dünyaca məşhur müğənni Cennifer Lopezin başına qəribə hadisə gəlib.

Yeniavaz.com “Snob Magazin”ə istinadla xəbər verir ki, müğənni avqustun 4-də şəhərə çatar-çatmaz alış-verişə gedib və “İstinye Park”da yerləşən lüks mağazalardan birini bağlatdıraraq özünə məxsus alış-veriş edib.

Milyonlarla lirə dəyərində alış-veriş edən sənətçinin əsasən çanta və geyimlərə üstünlük verdiyi bildirilir.

İddiaya görə, Lopez daha sonra alış-veriş mərkəzindəki dünyaca məşhur kosmetika brendi “Chanel”in mağazasına daxil olmaq istəyib, lakin müğənnini tanımayan mühafizəçi “Mağaza doludur” deyərək Lopezi içəri buraxmayıb.

Bildirilir ki, Lopez bu rəftarı normal qəbul edib və “Yaxşı, problem deyil” cavabını verərək geri dönüb.

“İstinye Park”dan çıxmazdan əvvəl həmin mühafizəçisi Cennifer Lopezin yanına gələrək onu mağazaya dəvət etsə də, müğənni bundan imtina edib.

Qeyd edək ki, Lopez bu gün – 5 avqust tarixində Yenikapı Festival Parkında konsert verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
3
yeniavaz.com

4Источники