RU

Rusiya məhkəməsi Uraldakı Azərbaycan diasporunun rəhbəri barəsindəQİYABİ HƏBS QƏRARI VERDİ

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verilib.

 

Bu barədə E1.RU saytı məlumat yayıb.

 

Bildirilir ki, Moskvanın Basmannı Məhkəməsi onun qiyabi həbs edilməsinə dair hökm çıxarıb.

 

İlkin məlumata görə, Şıxlinski Fehruz Şirinovun öldürülməsinə cəhddə iştirak etməkdə, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

 

Şıxlinskinin vəkili bildirib ki, müvəkkili təqsirsizliyində israr edir və onun həbsi ilə bağlı qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

 

Qeyd edək ki, avqustun 2-də Şahin Şıxlinski Azərbaycanın Moskvadakı səfirliyindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Onu da xatırladaq ki, Ş.Şıxlinski əvvəllər Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılsa da, dindirildikdən sonra sərbəst buraxılmışdı. Amma bir müddət sonra o, axtarışa verildi...

Избранный
75
7
senzor.az

10Источники