RU

Bekhemin oğlu və gəlini nikah andlarını təzələdi

Bruklin Pelts Bekhem və Nikola Pelts Bekhem həftə sonu nikah andlarını təzələyərək, sevgilərini bir daha rəsmiləşdiriblər.

Publika.az xəbər verir ki, bu barədə PEOPLE məlumat yayıb.

Bildirilir ki, dar çərçivədə, dostların əhatəsində keçirilib.

“Bu hadisə illər ərzində birlikdə qurduqları sevgi və öhdəliyi şərəfləndirmək üçün bir yol idi. Onlar əbədi qalacaq bir xatirə yaratdılar”, – cütlüyə yaxın mənbə bildirib.

Bruklin və Nikola 2019-cu ilin oktyabrında görüşməyə başlayıblar. 2020-ci ilin yanvarında onlar ilk olaraq İnstaqramda münasibətlərini təsdiqlədilər və yeddi ay sonra Bruklin evlilik təklifi etdi. Onların toyu 9 aprel 2022-ci ildə Pelts ailəsinin Floridadakı dəbdəbəli villasında baş tutub.

Избранный
10
2
publika.az

3Источники