21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi ilk iki oyunun yeri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, UEFA B qrupunda yer alan yığmamızın sentyabrın 5-də Portuqaliya və 9-da Bolqarıstanla keçirəcəyi stadionun adını açıqlayıb.
U-21 millimiz əvvəlcə Barselosda portuqaliyalı həmyaşıdlarının qonağı olacaq. Görüş Barselos şəhər stadionunda təşkil olunacaq.
Ayxan Abbasovun yetirmələri dörd gün sonra isə Mərdəkandakı “Liv Bona Dea Arena”da Bolqarıstanı qəbul edəcək.
U-21-in qrupdakı digər rəqibləri Çexiya, Şotlandiya və Cəbəllütariqdir.