RU

“Qarabağ”ın oyununa biletlər satışa çıxarılır

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununun biletləri avqustun 5-də saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Избранный
69
50
publika.az

10Источники