RU

Sabiq deputatdan ŞOK Ayvazovski DETAL

“Xankəndində Ayvazovskinin heykəlinin sökülməsi işğala aid daha bir elementin bizim müqəddəs torpaqlarımızdan təmizlənməsidir. Ayvazovskinin Azərbaycana heç bir aidiyyatı yoxdur. Ayvazovskinin heç Azərbaycan-Rusiya münasibətlərinə də aidiyyatı yoxdur. Ayvazovski adlı bir rəssam, mariner - adı İvan olsa da əsl adı Ovannesdir. Ovannes Ayvazyan. 

Bu gün müasir Ermənistan ərazisində bir türkin nəfəsinin olmadığı bir zamanda bir erməninin Azərbaycan torpağında heykəlinin nə işi var? Digər tərəfdən bu bizin daxili işimiz, suveren haqqımızdır və müzakirə obyekti də ola bilməz”.

 

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.

O əlavə edib ki, Bu gün Şuşada Bülbülün, Natəvanın, Üzeyir bəyin və digərlərinin heykəllərinin gülləbəran edilməsi fakti hamının gözü qabağındadır: “Multukultural dəyər daşıyıcısı olan xalq üçün bu, hər hansı bir hərəkətin qayşılığında olmasa da ununtmayın ki, belə bir deyim var: “ hörmət” hörmətə bağlıdır”.

 

Ayvazovskinin iyrənc erməni xislətinə malik olması ilə bağlı tarixi fakta toxunan İltizam Yusifov deyib ki, Ayvazovski 1845-1890-cı illərdə dörd dəfə İstanbula səfər edib: “Sənətə, mədəniyyətə dəyər verən üç türk sultanı Aivazovskiyə rəğbəti bəsləyirmişlər. Onun yaradıcılığına gənc yaşlarından sənətə maraq göstərən Sultan Əbdül-Məcid və özü rəssam olan Sultan Əbdül-Əziz və sənətkarlara himayədarlıq edən Sultan Əbdül-Həmid yüksək qiymət verirmişlər. Onlar Aivazovskiyə saray rəssamı rütbəsi verirlər. Sultan II Əbdülhəmid rəssamı birinci dərəcəli Məcidi ordeni ilə təltif edib.

 

Amma erməni erməniliyində qalır. 

 

Ömrünün sonunda guya Osmanlı imperiyasının ermənilərə qarşı qırğınları haqqında xəbərlərdən təsirlənən rəssam yaşadığı Krımda aksiya keçirir. Rəssam Osmanlı imperiyasınnda Sultanların ona verdiyi qiymətli ordenləri həyət itinin boynuna asır. Osmanlı mükafatları ilə bəzədilmiş iti şəhərdə gəzdirir. Daha sonra Aivazovski bir qayıqla dənizə çıxır və hədiyyələri və "qanlı nişanları" dənizə atır. Bu, deyilənə görə İvan Konstantinoviçin, yəni Ovannes Ayvazyanın vətəndaşlıq və mənəvi mövqeyi idi.

Buyurun. Bu da erməni xisləti”.

 

Bununla bağlı Rusiya tərəfinin “can-fəşanalığına” gəldikdə sabiq deputat bildirib ki, ilk olaraq bu msələdə beynəlxalq hüququq pozan və belə bir xoşgəlməz halın yaranmasına şərait yaradan Rusiya tərəfidir. “Çünki 2021-ci ildə rus hərbi kontibngenti Xankəndidə belə bir abidəni Azərbaycanın razılığı və icazəsi olmadan orada ucaldıblar ki, bu da beynəlxlaq hüquqa görə qəti qadağandı və məsuliyyət yaradan hərəkətdir. «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolunda (1954, 1999) ərazisində sülhməramlılar yerləşdirilən dövlət izn verməzsə, üstəlik, özlərinin mandatında da bu yoxdursa, onların işğal altında olan, yaxud da mübahisəli sayılan ərazidə abidə qoymaları, yaxud da daim orada qalacaq mədəni obyekt tikmələri qadağan edilir. 

İkincisi, Rusiya tərəfinin belə bir manadatı olmadığından qanunsuzdur.

Üçüncüsüi isə belə bir abaidənin qoyulması ilə bağlı Azərbaycan tərəfindən razılıq alınmayıb. Ona görə də Ayvazovskinin abidəsinin sökülməsi tamamilə qanunauyğundur. Erməni diasporunun əlində alət rolunda çıxış edən zatulinlər, şvıdkoylar anlamalıdırlar ki, bu cür hərəkətləri ilə ikitərəfli qonşuluq münasibətlərinə xələl gətirməklə əslində Rusiyanın maraqlarına ciddi zərbə vururlar. Azərbaycana qarşı bu cür təzyiq, təhdid dili ilə danışmaq heç bir ölkəyə dvident gətirməyib. Belə cılız düşüncə sabibləri anlamır ki, bu cür hərkətləri ilə əslində təmsil etdikləri ölkənin beynəlxalq hüquqa hörmətsizliyini ifşa etməklə, Rusiyanın beynəlxalq aləmdəki zədələnən nüfuzuna daha da ciddi zərbə vurmuş olurlar”.

Избранный
28
3
sabahinfo.az

4Источники