RU

Borrel vəzifəsindən gedəndən bəri Ukraynaya yardım göstərilmir

ain.az, Demokrat.az saytına istinadən bildirir.

"Bugünkü gündə Avropa İttifaqı (Aİ) tərəfindən Ukraynaya bütün yardımlar faktiki olaraq dondurulub".Oxu.Az bildirir ki, bunu Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel "EUObserver" portalına müsahibəsində deyib.Onun sözlərinə görə, öz vəzifəsindən getdikdən sonra Kiyevə yardım göstərilməyib. Borrel qeyd edib ki, indi istənilən dəstək ikitərəfli əsasda verilməlidir.Borrel Rusiyaya qarşı yeni sanksiyaların razılaşdırılması prosesinin də dalana dirəndiyinə diqqət çəkib:"Macarıstan məhdudiyyətləri uzatmaqdan imtina edərsə, Avropa İttifaqı belə bir qərarı Macarıstansız qəbul edə bilməyəcək".Xatırladaq ki, o, vəzifəsini 2024-cü ilin noyabrında tərk edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
2
demokrat.az

3Источники