BAKI, 5 avqust. TELEQRAF
İsrail İordaniyadan Qəzza zolağına humanitar yardım daşıyan maşınlara "hücum edir" və nəqliyyat vasitələrinin anklava çatmasına mane olur.
Teleqraf xəbər verir ki, bu iddia ilə İordaniya hökumətinin sözçüsü Məhəmməd Əl-Momani çıxış edib.
Momaninin sözlərinə görə, dünən bir neçə maşın İsraildə hücuma məruz qaldıqdan sonra geri dönməyə məcbur olub.
O, hücumlar nəticəsində xəsarət alanların olduğunu bildirib, lakin təfərrüatı açıqlamayıb.
Əl-Momani İsraili bu hadisələrin qarşısını almaq üçün təcili müdaxilə etməyə çağırıb.