RU

Semih Kılıçsoy “Beşiktaş”dan ayrıldı - İtaliya klubuna görə

Futbol üzrə Türkiyə milli komandasının və “Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy bundan sonra “Kalyari”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı hücumçu 2025/2026-cı illər mövsümünün sonuna qədər “Kalyari”də icarə əsasında çıxış edəcək. İtaliya klubu türkiyəli futbolçunu satınalma şərti ilə heyətinə qatıb. Bir mövsümlük icarə üçün “Beşiktaş” 1 milyon avro qazanacaq.

Semih Kılıçsoy “Beşiktaş”ın yetirməsidir. Gənc forvard 2023-cü ildən İstanbul təmsilçisinin əsas komandasında çıxış edirdi. O, “qara qartallar”ın heyətində meydana çıxdığı 87 oyunda 16 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

Türkiyənin U-14, U-15, U-17, U-19 və U-21 yığmalarında da oynamış hücumçu 2024-cü ilin iyun ayında əsas millidə debüt edib. O, yığmada keçirdiyi 4 oyunda fərqlənə bilməyib.

“Transfermarkt” internet-portalı 19 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Избранный
17
17
arena.az

10Источники