RU

Babək prospektində qanunsuz PARKLANMA – VİDEO

Yolun bir tərəfində qanuni, o biri tərəfində isə qeyr-qanuni parklanma edilir…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Nizami rayonu Babək prospekti ilə İlham Məmmədov küçəsinin kəsişməsindəndir. Sakinlərin sözlərinə görə, həmin ərazidə avtomobillər yolun sol tərəfində qanuni şəkildə, sağ tərəfində isə qaydalara zidd olaraq saxlanılır. Bu da hərəkət üçün ciddi maneələr yaradır.

Sakinlər bildirirlər ki, xüsusilə axşam saatlarında yol tamamilə daralır və avtomobillə keçmək çətinləşir. Bəzi hallarda nəqliyyat vasitələri əraziyə daxil ola bilmir və təcili yardım, yanğınsöndürmə kimi xüsusi xidmət maşınlarının da girişində problemlər yaranır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaşların müraciətləri əsasında qeyd edilən ünvanda dayanma və durma qaydalarını pozaraq yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olan nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
7
1
nocomment.az

2Источники