RU

İranlı ekspert: "İsrail Tehrana casusluq edənlər üçün yeni bina tikir"

İranlı siyasi şərhçi və televiziya eksperti Mustafa Xoşçeşm canlı efirdə bəyan edib ki, İsrailin təhlükəsizlik qurumları İrana casusluqda ittiham edilərək həbs olunan şəxslər üçün yeni bina inşa edir.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

"Bu mənim iddiam deyil, israillilərin öz sözüdür. Onlar 7-8 ay əvvəl açıqlamışdılar ki, İrana işləyən casusların sayı o qədər artıb ki, artıq onlar üçün ayrıca bina ayrılır", - deyə ekspert bildirib.

O, İranın casuslara az maaş verdiyinə də diqqət çəkərək deyib ki, İsrailin televiziya kanallarında "1 500 dollara görə həbsxanaya düşməyə dəymədiyi" vurğulanır.

Избранный
40
3
moderator.az

4Источники