RU

Niderland Ukraynaya hərbi yardım paketi ayırıb

Bakı. Trend:

Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynaya yeni hərbiyardım paketinin ayrıldığını açıqlayıb.

Trend xəbər verirki, bu barədə o, “X” sosial şəbəkə hesabında məlumat verib.Bildirilib ki, yardım paketinə "Patriot" hava hücumundan müdafiəsistemləri üçün komponentlər və raketlər də daxildir.

“Niderland Ukraynaya 500 milyon avro dəyərində Amerika istehsalısilahlar təqdim edəcək. Bu yardım Ukraynanın həm özünü, həm dəAvropanın qalan hissəsini Rusiyanın təcavüzündən qorumasına köməkedəcək”, – deyə nazir qeyd edib.

Brekelmans yardımın çatdırılma vaxtı və təfərrüatları barədəəlavə məlumat verməyib.

Избранный
91
2
az.trend.az

10Источники