RU

Naxçıvanda Uşaq İncəsənət Festivalının 2-ci turu başlayıb

Yazını böyüt
Yazını kiçilt

Avqustun 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Uşaq İncəsənət Festivalı – 2025" çərçivəsində 2-ci seçim turuna Naxçıvanda start verilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, seçim turu xor kollektivi, solo milli rəqs və milli rəqs ansamblı nominasiyaları üzrə olub.

Uşaq İncəsənət Festivalına Naxçıvan Muxtar Respublikası üzrə 1000-dən çox namizəd qeydiyyatdan keçib. Bunlardan 15-i kollektiv, 342 nəfəri isə fərdi nominasiyalar üzrə II turda iştirak hüququ qazanıb.

Festivalın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsidir.

Избранный
18
hafta.az

1Источники