İtaliyada, Roma yaxınlığındakı Makkareze çimərliyində tornado baş verib. Qəfil başlayan güclü külək sahildəki çətirləri və başqa əşyaları havaya qaldırıb. Təhlükəli vəziyyətdən təlaşa düşən turistlər ərazidən qaçıblar.
Viral.az bu barədə “Daily Mail”ə istinadla xəbər verir.
Bildirilib ki, hadisə zamanı bir qadın xəsarət alıb, ona tibbi yardım göstərilib.
Son Yazılar:
- İtaliyada çimərlikdə tornado: Turistlər canlarını zorla qurtardılar
- Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
- Buzovnada itkin düşmüş 20 yaşlı qadın TAPILDI
Eyni zamanda, İtaliyanın şərqindəki Delta del Po sahillərində nəhəng su burulğanları qeydə alınıb. İki sütun formasında yaranan burulğanların sonra birləşdikləri görünür.
İtaliya Meteoroloji Xidməti bazar ertəsi şimal bölgələri üçün ortasəviyyəli hava xəbərdarlığı yayıb. Marke və Umbriya bölgələrində isə şiddətli yağış və ildırım gözlənilir.