RU

Hollandiya Ukraynaya 500 milyon avro dəyərində silah tədarük edəcək

Hollandiya Ukraynaya 500 milyon avro dəyərində Amerika silah sistemləri, o cümlədən Patriot sistemi tədarük edəcək.

Editor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans sosial şəbəkədə məlumat verib.

“Ukraynanın indi daha çox hava hücumundan müdafiə sistemi və sursata ehtiyacı var. Hollandiya 500 milyon avro dəyərində Amerika silah sistemləri paketini təhvil verən ilk NATO müttəfiqi olacaq”, – o yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyul ayında Ukraynaya yeni silah və texnika, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri təqdim edəcəyinə söz verib. Siyasətçi Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırdığı sistemlərin dəqiq sayını açıqlamayıb, lakin Avropa İttifaqının onların xərclərini ABŞ-a ödəməyə borclu olacağını vurğulayıb.

Bunun ardınca Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa ölkələrini “cüzdanlarını açmağa” və Ukrayna üçün Amerika silahlarının alınması üçün tez vəsait toplamağa çağırıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
33
2
editor.az

10Источники