Bakı. Trend:
Nizami və Suraxanı rayonlarında yerləşən 2 köşkdən oğurluqlaredilib və zərərçəkənlərə 4000 manata yaxın ziyan vurulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polisəməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəlibilinən 25 yaşlı M.İmamverdili və əvvəllər dəfələrlə məhkum olunmuş32 yaşlı Ə.Əliyev saxlanılıblar.
Aparılan araşdırmalarla Ə.Əliyevin bir nəfərə məxsus bankkartından 465 manat pul oğurladığı da müəyyən edilib.
Araşdırma aparılır.