RU

Azərbaycan və DP World” şirkəti əməkdaşlıq məsələlərini müzakirə ediblər

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Abu-Dabidə liman xidmətləri və azad ticarət zonaları üzrə ixtisaslaşmış “DP World” şirkətinin baş icraçı direktorunun müavini Yuvraj Naraian ilə görüşüb.

Avtosfer.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması, "ağıllı" nəqliyyat sistemləri, dataya əsaslanan mobillik həlləri ilə bağlı əməkdaşlıq, birgə müəssisənin yaradılması imkanlarına baxılması və investisiya məsələlərini müzakirə etdik. Həmçinin dəniz, dəmir yolu və yol logistikası arasında infrastrukturun inteqrasiya edilməklə modernləşdirilməsi sahəsində təcrübə mübadiləsi və sabit qrafik üzrə işləyən blok qatarları ilə yükdaşımalara keçid barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
3
avtosfer.az

5Источники