RU

Ceyhun Bağırzadə də “Karvan”da qaldı

2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacaq “Karvan” müdafiəçisi Ceyhun Bağırzadə ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər arasında 1 illik yeni müqavilə imzalanıb.

Ceyhun Bağırzadə 2024-cü ilin yayından “Karvan”da çıxış edir. 19 yaşlı futbolçu ötən mövsüm bu komandanın heyətində 7 oyuna çıxıb. Mərkəz müdafiəçisi əvvəllər “Neftçi”nin U-19, “Qəbələ”nin əvəzedicilərdən ibarət komandasında da forma geyinib.

“Karvan” daha öncə Kamran İbrahimov, İbrahim Qədirzadə və Rəhman Şabanovla da yeni müqavilə bağlamışdı. Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani və Şakil Sno kimi futbolçular da komandaya cəlb ediliblər. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev isə Yevlax klubuna lazım olmayıblar.

Избранный
18
3
arena.az

5Источники