RU

Rəhman Şabanov daha bir il “Karvan”da

2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacaq “Karvan” yarımmüdafiəçisi Rəhman Şabanov ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Tərəflər arasında 1 illik yeni müqavilə imzalanıb.

Rəhman Şabanov 2024-cü ilin yayından “Karvan”da çıxış edir. 28 yaşlı futbolçu ötən mövsüm bu komandanın heyətində 23 oyun keçirib, 14 məhsuldar ötürmə verib və 2 qol müəllifi olub. Mərkəz yarımmüdafiəçisi əvvəllər “Zaqatala” və “Şəmkir”də də forma geyinib.

“Karvan” Şabanovdan öncə Kamran İbrahimov və İbrahim Qədirzadə ilə də yeni müqavilə bağlamışdı. Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani və Şakil Sno kimi futbolçular da komandaya cəlb ediliblər. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev isə Yevlax klubuna lazım olmayıblar.

Избранный
13
3
arena.az

5Источники