Hazırda baş nazir Nikol Paşinyanın ABŞ-yə gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilirik.
Azreform.info xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
"Belə səfərlər olduğu halda, təbii ki, rəsmi açıqlamalar olur və rəsmi açıqlama olarsa, məlumat təsdiqlənmiş sayıla bilər. Hazırda heç bir rəsmi açıqlama dərc etməmişik. Ona görə də xahiş edirik ki, səfərlə bağlı məlumat yalnız rəsmi açıqlamadan sonra təsdiqlənmiş hesab edilsin", - məlumatda deyilir.
Yada salaq ki, bu gün səhər saatlarından etibarən cümə günü Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikola Paşinyan görüşünün mümkünlüyü barədə xəbərlər yayılıb. ABŞ prezidenti Donald Trampın sülh sazişi imzalamaq üçün Ağ Evdə Ermənistan və Azərbaycan liderlərini qəbul edəcəyi bildirilir.
Mürtəza
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта